Tramp niyə elə baxırdı, Hakan Fidan tədbirdən qələm oğurlayıb? - Özü DANIŞDI + VİDEO

Türkiyənin xarici işlər naziri Hakan Fidan “Sülh Şurası”nın nizamnaməsinin imzalanma mərasiminə damğa vuran qələm məsələsinə aydınlıq gətirib. 

Jan 24, 2026 - 15:00
Tramp niyə elə baxırdı, Hakan Fidan tədbirdən qələm oğurlayıb? - Özü DANIŞDI + VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, Hakan Fidan təqdim olunan qələmi xoşlamadığı üçün bu addımı atdığını bildirib.

“Açığı oradakı qələmi bəyənmədim. Ölkəmizi təmsil edirik və önəmli bir işə imza atırıq. Cənab Trampın şəxsi qələmi ilə imzaladığı yerdə, mənim də şəxsi qələmim vardı, ona görə də öz qələmimlə imza atmağı seçdim” - Türkiyə rəsmisi qeyd edib.

Xatırladaq ki, bir neçə gün öncə Davosda Donald Trampın Qəzza məsələsi ilə bağlı təsis etdiyi “Sülh Şurası”nın nizamnaməsinin imzalanma mərasimi keçirilib. Mərasimdə Türkiyəni XİN rəhbəri Hakan Fidan təmsil edib. 

O, nizamnamə sənədini öz qələmi ilə imzalayıb. Daha sonra qələmi cibinə qoyub. Hakan Fidanın bu hərəkəti Donald Trampın təəccübünə səbəb olub və dəfələrlə ona baxıb.

Bəziləri Trampın bu təəccübünü onun olayı yanlış anlamasının nəticəsi olduğunu iddia edib. Onlara görə, ABŞ prezidenti Türkiyə rəsmisinin tədbir üçün nəzərdə tutulmuş xüsusi qələmi özünə götürdüyünü təsmin edib. 

Banu