"Günay yeni sədrdir, Elçin isə partiyadan çıxarılıb" - Fəzail Ağamalı

Milli Məclisin deputatı Günay Ağamalı Ana Vətən Partiyasının sədri seçilib.

Jan 24, 2026 - 15:52
"Günay yeni sədrdir, Elçin isə partiyadan çıxarılıb" - Fəzail Ağamalı

SAVASHMEDİA.az xəbər verir ki, bunu partiyanın artıq keçmiş sədri, Günay Ağamalının atası Fəzail Ağamalı bəyan edib.

“Qurultay başa çatdı. Yekunda millət vəkili Günay Ağamalı yeni sədr seçildi. Elçin Ağamalıya gəlincə o, nəticəni qəbul etməyə bilər. O, heç Ana Vətən Partiyasının üzvü deyil, qanunsuz hərəkətlərinə görə partiyadan çıxarılıb. Buna görə də biz onun açıqlamalarına ciddi əhəmiyyət vermirik”, - o qeyd edib.

Qeyd edək ki, ötən il oktyabrın 25 -də Ana Vətən Partiyasının qurultayı Elçin Ağamalı ilə atası Fəzail Ağamalı arasında gərginlik yaşandığından təxirə salınmışdı.

Oğuz