Zelenskiyə inam artıb – Kiyev sosioloqları
Ukraynalılar arasında prezident Volodimir Zelenskiyə inam səviyyəsi 68%-ə yüksəlib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun (KBSİ) sorğusu nəticəsində məlum olub.
İnstitutdan verilən məlumata görə, ABŞ prezidenti Donald Trampın administrasiyası ilə münasibətlərin pisləşməsinə və Oval kabinetdəki mübahisəyə qədər fevralın birinci yarısında Zelenskiyə ukraynalıların 57%-i inanırdı, 37 %-i isə etibar etmirdi. Etimad-etimadsızlıq balansı +20% təşkil edirdi.
Fevralın 14-dən martın 4-dək olan dövrdə dövlət başçısına etimad səviyyəsi 67%-ə yüksəlib, etimad göstərməyənlərin payı isə 29%-ə qədər azalıb. Müvafiq olaraq, inam-etimadsızlıq balansı +38%-ə qədər yaxşılaşıb.
Xatirə SADİQ