Rusiya səfiri sərgini tərk etməli oldu – Bolqarıstanda
Rusiyanın Bolqarıstandakı səfiri Eleonora Mitrofanova Milli qalereyada keçirilən “Kvadrat 500” Milli Qalereyasında sərgini tərk etməyə məcbur olub.
SAVASHMEDİA.az “Azadlıq Radiosu”na istinadən xəbəbr verir ki, bu, bir neçə ziyarətçinin Rusiya əleyhinə şüarlar səsləndirməyə başlamasından sonra baş verib.
İnsident martın 6-da axşam saatlarında “Guerrilla Girls” sərgisinin açılışı zamanı baş verib. Radionun yayımladığı videodan görünür ki, qonaqlardan biri səfirə “Bura Moskva deyil. Bura Avropadır” sözləri ilə müraciət edir.
Bundan sonra Mitrofanova başqa zala keçsə də qız onu izləməyə davam edir. Bir neçə ziyarətçi də ona qoşularaq “Bu, Moskva deyil”, “Ukraynaya eşq olsun!”, “Qatilə burada yer yoxdur” şüarlarını səsləndirməyə başlayanda səfir sərgini tərk edir.
Xatirə SADİQ