"Putinlə yalnız o halda görüşərəm ki..." - Tramp

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə görüşün yalnız Rusiya-Ukrayna münaqişəsinin həlli üçün sülh razılaşması perspektivlərinə əmin olduğu zaman baş tutacağını bildirib.

Oct 26, 2025 - 02:01

SAVASHMEDİA.az xəbər verir ki, bunu o, Asiya turnesi çərçivəsində Malayziyaya gedərkən təyyarədə jurnalistlərə açıqlayıb.

"Biz razılaşma əldə edəcəyimizdən əmin olmalıyıq", - deyə Amerika lideri Putinlə nə vaxt görüşməyə hazır olacağı ilə bağlı sualı cavablandırarkən bildirib.

Tramp Rusiya-Ukrayna münaqişəsində sülh prosesinin gedişatından məyus olduğunu vurğulayıb.