Almaniya kanslerindən Zelenskiyə tam dəstək - Trampa sərt cavab verdi
Almaniya kansleri Olaf Şolts ABŞ prezidenti Donald Trampın Ukrayna lideri haqqında səsləndirdiyi sərt ifadələrə münasibət bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, o, Volodimir Zelenskinin Ukrayna prezidenti kimi legitimliyini inkar etməyin “təhlükəli və yanlış” olduğunu ifadə edib.
Onun sözlərinə görə, Zelenski hazırkı dövlət başçısı olmaqda davam edir və seçkilərin keçirilməsinin mümkünsüzlüyü ölkədə davam edən münaqişə ilə bağlıdır.
Kansler deyib ki, hadisələrin bu inkişafı Ukrayna Konstitusiyasına uyğundur. "Heç kim bunun əksini iddia etməməlidir", - deyə Şolts vurğulayıb.
Qeyd edək ki. Tramp Zelenskini diktator adlandırmışdı.