Moldovada sürpriz seçki nəticəsi - Rusiyanın adamı liderdir
Moldovada prezident seçkilərinin ikinci turunda səsvermə başa çatıb.
SAVASHMEDİA.az xəbər verir ki, seçici fəallığının 54% (təxminən 1,6 milyon seçici) olduğu seçkilərin ilkin nəticələri açıqlanıb.
MSK-nın məlumatına görə, Moldovada keçirilən prezident seçkilərində ölkənin keçmiş baş prokuroru, rusiyayönümlü Sosialistlər Partiyasından namizəd Aleksandr Stoyanoqlo 52,02%, hazırkı dövlət başçısı Maya Sandu isə 47,98% səs toplayıb.
Protokolların 76%-nin işləndiyi bildirilir.