Maya Sandu geridönüş edir? - Səs nisbəti dəyişir + SON DURUM

Moldovada prezident seçkilərinin ikinci turunda səsvermə başa çatıb.

Nov 4, 2024 - 01:05
Nov 4, 2024 - 01:20
Maya Sandu geridönüş edir? - Səs nisbəti dəyişir + SON DURUM

SAVASHMEDİA.az Moldova mətbuatına istinadla xəbər verir ki, MSK-nın son məlumatına görə, ölkənin keçmiş baş prokuroru, rusiyayönümlü Sosialistlər Partiyasından namizəd Aleksandr Stoyanoqlonun 50,81%, hazırkı dövlət başçısı Maya Sandu isə 49,19% səs toplayıb.

Daha bir məlumat isə odur ki, saat 22:46-dək komissiya xarici seçki məntəqələrində protokolların cəmi 13,42%-ni işləyib. Həmin nəticələrə görə Maya Sandu 83,48% səslə öndədir. Aleksandru Stoyanoqlo isə xaricdəki həmvətənlərindən yalnız 16,52% səs ala bilib.

Oğuz