Tramp Putinə müraciət etdi – “Vladimir, dayan, mən narazıyam!”
ABŞ prezidenti Donald Tramp aprelin 24-də Rusiya tərəfindən Ukrayna paytaxtına endirilən kütləvi zərbəyə reaksiya verib.
SAVASHMEDİA.az xəbər verir ki, o, bu barədə “TruthSocial” sosial şəbəkəsində yazıb.
ABŞ prezidenti rusiyalı həmkarını sülh sazişi bağlamağa çağırıb.
“Rusiyanın Kiyevə zərbələrindən narazıyam. Bu, zəruri deyildi və çox vaxtsız idi. Vladimir, dayan! Hər həftə 5 min əsgər ölür. Gəlin sülh sazişi bağlayaq!”, - deyə Tramp vurğulayıb.
Xatirə SADİQ