Putinin dediklərini Uitkoffa səhv tərcümə ediblər - Diplomatik QALMAQAL
Rusiya prezidenti Vladimir Putinin sözlərini ABŞ prezidentinin xüsusi nümayəndəsi Steven Uitkoffa yanlış tərcümə ediblər, və ya o, yanlış anlayıb.
SAVASHMEDİA.az xəbər ki, bu barədə “Bild” nəşri öz mənbələrinə istinadən xəbər verib.
Məlumatda deyilir ki, Rusiya prezidenti Vladimir Putinin Ukraynanın Donetsk, Luqansk, Zaporojya və Xerson vilayətlərini tamamilə ələ keçirmək niyyətindən əl çəkməyib.
Nəşrin iddiasına görə, Kreml hərtərəfli atəşkəs deyil, yalnız qismən atəşkəs təklif edir .
Vəziyyət isə Putinin bəyanatlarını yanlış şərh edən və onları güzəştə getmək istəyi kimi təqdim edən Uitkoffun təqdimatından sonra daha da gərginləşib.
Uitkoff Rusiyanın Ukrayna qoşunlarının Xerson və Zaporojyedən “dinc yolla çıxarılması” tələbini "rus qoşunlarının bu bölgələrdən dinc yolla çıxarılması” təklifi kimi qəbul edibmiş.
Ukrayna hökumətinin rəsmisi nəşrə deyib: "Uitkoff nə danışdığını bilmir".
Bild yazır ki, Putinin Uittkoff ilə danışıqlarından dərhal sonra Amerika rəsmiləri avropalılarla telefon danışığı aparıblar və sonuncularda belə təəssürat yaranıb ki, amerikalıların özləri belə nə baş verdiyini tam başa düşmürlər.
Oğuz