Paşinyan "perajki" yeməsindən DANIŞDI
Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında dövlət idarəetmə sisteminin fəaliyyəti ilə bağlı çıxış edib.
SAVASHMEDİA.az xəbər verir ki, o, çıxışında bir neçə gündür müzakirə mövzusuna çevrilən videogörüntüsünə də toxunub.
“Hazırda sosial dəyişikliyə nail olmağa kömək edən amillərdən biri də ötən ilin birinci yarısında tətbiqinə başladığımız yeni əmək haqqı sistemidir. İndi dövlət məmurları arasında milyonlarla dram paylayan bonus sistemindən danışıram. Çox xoşbəxtəm və məmnunam ki, bu qərarları özüm verirəm. İndi qərarların səbəb-nəticə əlaqəsini görürəm. Məhz bu qərar mənə “peraşki” yemək imkanı və rahatlığı verir, - baş nazir bildirib.
Nikol Paşinyan əlavə edib ki, Ermənistan dövlət olaraq kifayət qədər ciddiləşib.
Qeyd edək ki, Nikol Paşinyanın pirojki yediyi videosu bir neçə gündür sosial şəbəkələrin erməni seqmenti və yerli KİV-də müzakirə mövzusudur. (teleqraf)