Metronun iş qrafiki DƏYİŞƏCƏK

8 Mart - Beynəlxalq Qadınlar Günü və Əmək Məcəlləsinə əsasən 9 mart tarixinin qeyri-iş günü elan olunması ilə əlaqədar Bakı metropoliteninin iş rejimində dəyişiklik ediləcək.

Mar 6, 2026 - 12:12
Metronun iş qrafiki DƏYİŞƏCƏK

SAVASHMEDİA.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC idarə heyətinin sədrinin müşaviri Emil Əhmədov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, metropoliten qeyd edilən hər iki qeyri-iş günündə gücləndirilmiş qrafikdə fəaliyyət göstərəcək: "28 May-Əhmədli" sahəsində gün ərzində qatarlararası intervala əsasən 2,5 dəqiqə təşkil edəcək. Martın 8-i və 9-da bütün xətlər üzrə ehtiyat qatarlar və zəruri işçi qüvvəsi ayrılacaq, nəzarət tədbirləri gücləndiriləcək.

"Bənövşəyi" xətdə, həmçinin "Həzi Aslanov-Əhmədli" və "Cəfər Cabbarlı-Xətai" mənzillərində intervallar olduğu kimi saxlanılacaq.

"Bakmil" istiqamətində və əksinə hərəkət edən sənişinlər martın 8-i və 9-da şənbə gününün qrafikindən istifadə edə bilərlər".