Tramp Türkiyədən qayıdarkən təyyarəsini 2 dəfə dəyişib - İranın sui-qəsd planı
İsrail kəşfiyyatı Donald Trampa qarşı İran tərəfindən hazırlanan yeni sui-qəsd planı ilə bağlı ABŞ-yə məlumat ötürüb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə İsrailə məxsus "12-ci kanal" məlumat yayıb.
Məlumata görə, ABŞ-yə bu barədə xəbərdarlıq Donald Trampın Türkiyədə keçirilən NATO sammitində iştirakı zamanı edilib.
Bildirilib ki, kəşfiyyatın bu xəbərdarlığından sonra Trampın Türkiyədən qayıdışı zamanı prezident təyyarəsi də dəyişdirilib.
Xatırladaq ki, o, Ankaraya Qətərin hədiyyə etdiyi yeni Boeing 747 təyyarəsi ilə getsə də, geri dönüşdə köhnə "Air Force One" ilə uçub. Daha sonra Böyük Britaniyada təkrarən yeni təyyarəyə keçib.
ABŞ mediasının yazdığına görə, bu addım İranla bağlı artan təhlükəsizlik riskləri fonunda ehtiyat tədbiri kimi atılıb.
Oğuz