Bayram Nurludan partiya üzvlüyü ilə bağlı AÇIQLAMA - "Bayaqdan zənglər gəlir"
Məşhur ekstrasens, "Instagram" fenomeni Bayram Nurlu siyasətə qoşulacağı barədə yayılan xəbərlərə münasibət bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, musavat-a açıqlama verən fenomen yayılan xəbərlərin əsassız olduğunu deyib:
“Heç bir siyasi fəaliyyətim yoxdur. Fenomenəm, blogerəm. İşim budur. Mənə səhərdən zənglər gəlir. Bilmirəm, bu xəbəri kimlər nə məqsədlə yayır. Siyasətə qoşulmuram. Elə fikrim də yoxdur. Yalan xəbərdir”.
Qeyd edək ki, sözügedən xəbəri demokrat.az yayıb.
Bildirilib ki, Bayram Nurlu Azərbaycan Demokratik Maarifçilik Partiyasına üzv olmaq üçün müraciət hazırlayıb.
Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Milli Məclisin deputatı Elşən Musayevdir.