Ümrə ziyarətinin vaxtı açıqlandı
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən təşkil edilən növbəti Ümrə ziyarətinin vaxtı açıqlanıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə İdarənin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri deyib.
O bildirib ki, növbəti Ümrə ziyarəti sentyabr ayının əvvəlinə, Məhəmməd Peyğəmbərin mövlud günlərinə təsadüf edəcək.
Onun sözlərinə görə, aprel ayının 20-dən dayandırılan Ümrə ziyarətinin ilk qrupu iyulun 30-da yola düşüb.
“İlk qrup avqustun 6-da Ümrə ziyarətindən geri qayıdıb. İkinci qrupun isə sentyabr ayının əvvəlində yola düşməsi gözlənilir. Qruplar 10 nəfərdən 25 nəfərə qədər təşkil olunur. Ayda 2-3 qrup yola salınır. Bu proses Həcc ziyarətinə təxminən 1 ay qalmışa qədər davam edəcək.
Ümrə ziyarətinin qiyməti hotel və xidmət səviyyələrinə görə 1000 dollar və ya yuxarı olur”, - V.Cahangiri əlavə edib.