Tramp-Putin görüşü Avropada çaşqınlıq yaradıb

ABŞ prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə görüşməyi planlaşdırdığı xəbərinin yayılmasından sonra Avropa paytaxtlarında çaşqınlıq hökm sürür.

Aug 8, 2025 - 14:34
Tramp-Putin görüşü Avropada çaşqınlıq yaradıb

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The Washington Post” nəşri yazıb. 

“Bütün ötkəmliyinə rəqmən Tramp Putinə heç bir təzyiq göstərməyib - hələ ki. Sıfır, heç nə”, - deyə mənbə bildirib.

Adı açıqlanmayan yüksək vəzifəli ukraynalı məmur isə nəşrə deyib ki, Kiyev Tramp-Putin görüşünə münasibətdə nikbinliyini qoruyub saxlamağa çalışır, çünki Kreml rəhbərinin Ukraynada hava hücumlarını dayandıracaq qismən atəşkəsi nəzərdə tutduğuna ümid edir. 

“Bütövlükdə, hamımız başa düşürük ki, müharibənin bitməsi tamamilə Trampdan asılıdır. İlk addım kimi təmas xəttindən başqa qismən atəşkəs elan olunsa, yaxşı olardı”, - deyə həmsöhbət bəşrə vurğulayıb. 

Onun sözlərinə görə, Rusiyanın sazişə hazır olması barədə qeyri-ictimai mənbələrdən siqnallar gəlir. “Lakin tərəflər arasında etimad tamamilə məhv edilib”, - deyə ukraynalı məmur əlavə edib.

Mənbə qeyd edib ki, qismən atəşkəs barədə söhbətlər Rusiyanın Trampı sakitləşdirmək və aralıq seçkilər öncəsi ona siyasi qələbə qazandırmaq üçün atdığı taktiki addımdan başqa bir şey ola bilməz.

Onun fikrincə, belə razılaşma müharibəyə son qoymayacaq, lakin Trampa “Mən yüzlərlə günahsız mülki şəxsin hər gün öldürülməsini dayandırdım” sözlərini  söyləmək imkanı verəcək.

Avropa İttifaqının (Aİ) nümayəndələri Putinin niyyətlərinə şübhə ilə yanaşdıqlarını rəsmən ifadə ediblər. 

“Tamamilə aydındır ki, Rusiya sülhdə maraqlı deyil, bunu biz onun sözlərində deyil, hərəkətlərində görürük”, - deyə Aİ-nin xarici işlər üzrə sözçüsü Anita Gipper bildirib.

Xatirə SADİQ