Çelsiyə görə işdən çıxarılan keçmiş FHN əməkdaşının əmisi DANIŞDI - "Qorxuruq..."

Bloger Çelsi Baxşıyevanın Fövqəladə Hallar Nazirliyinin sabiq əməkdaşı Anar Pirməmmədovla bağlı iddiaları gündəmdən düşmür.

Mar 4, 2026 - 13:05
Çelsiyə görə işdən çıxarılan keçmiş FHN əməkdaşının əmisi DANIŞDI - "Qorxuruq..."

SAVASHMEDİA.az xatırladır ki, A.Pirməmmədovla bir müddət sevgili olduğunu deyən bloger Çelsi Baxşiyeva hazırda Pirməmmədovlar ailəsi tərəfindən təhdid edildiyini bildirib.

Manset.az məsələ ilə bağlı A.Pirməmmədovun əmisi, təhsil nazirliyinin sabiq aparat rəhbəri İlham Pirməmmədovla əlaqə saxlayıb. 

O, baş verənlərdən məyus olduqlarını bildirib:

“Bu məsələyə mat qalmışam, nə deyəcəyimi bilmirəm. Bu hadisə 4 il əvvəl baş verib. Bu barədə qardaşımla da danışmışıq. Anar ailəli adamdır, istəməzdik belə bir hal yaşansın. Bu qız hələ də ondan əl çəkmir. Məqsədinin nə olduğunu bilmirik. Qardaşım oğlu da faktı gizlətmir, aralarında münasibət olub. Anar müəllimin iki övladı var. Mən bu hadisədən sonradan xəbər tutmuşam. Bu məsələ üzə çıxandan sonra Anar işdən çıxarıldı. Hazırda heç bir işlə məşğul deyil, evdədir. Çətin vəziyyətdir, ölkədə biabır oldu. Biz də narahatıq ki, uşağın ürəyi tutar, xəstə olar”.