NATO baş katibindən İspaniyaya cavab - “Bunun alternativi yoxdur”

“İspaniyanın xəbərdarlığına baxmayaraq, alyansın liderləri müdafiə xərclərini ÜDM-in 5%-ə çatdırmağa razı olacaqlar”.

Jun 25, 2025 - 11:40
NATO baş katibindən İspaniyaya cavab - “Bunun alternativi yoxdur”

SAVASHMEDIA.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte əminliklə alyansın sammitinin başlanmasından öncə jurnalistlərə bildirib. 

NATO baş katibi bildirib ki, liderlərin görüşü zamanı heç bir problem gözləmir: “Lakin mən başa düşürəm ki, [İspaniya kimi dövlətlər] asan olmayan qərarlar qəbul etməli olacaq. Gəlin açıq deyək – resursların az olduğu şəraitdə siyasətçilərə seçim etmək lazım gəlir və bu, həqiqətən də çətindir”.

Mark Rutte qeyd edib ki, müxtəlif ölkələr maliyyə tapmaqda çətinliklərlə üzləşəcək, lakin o, bu öhdəliyin yerinə yetiriləcəyinə şübhə etmir.

“Dövlətlər pul tapmalıdır. Bu, asan deyil, siyasi qərarlar tələb edir. Eyni zamanda, masa arxasında oturan həmkarlarım arasında mütləq əminlik var ki, Rusiyadan gələn təhlükəni, beynəlxalq təhlükəsizliklə bağlı vəziyyəti nəzərə alsaq, bunun alternativi yoxdur. Biz bunu həqiqətən etməliyik”, - deyə baş katib yekunlaşdırıb.

Xatirə SADİQ