Rusiyanın gəlirindən Ukrayna üçün silah alındı

Böyük Britaniya ilk dəfə olaraq Rusiyanın dondurulmuş aktivlərindən əldə etdiyi gəlirdən Ukraynaya silah almaq üçün istifadə edib. 

Jun 25, 2025 - 11:48
Rusiyanın gəlirindən Ukrayna üçün silah alındı

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The Guardian” yazıb.

Nəşr qeyd edir ki, Britaniya Rusiya aktivlərindən əldə edilən gəlirdən istifadə edərək 70 milyon funt-sterlinq [95 milyon dollar] məbləğində 350 hava hücumundan müdafiə raketini Ukraynaya göndərəcək.

“Putinin barbar və qeyri-qanuni müharibəsinin bədəlini Ukrayna deyil, Rusiya ödəməlidir. Biz Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün ələ keçirilən Rusiya aktivlərindən istifadə etməklə düzgün iş görürük. Ukraynanın təhlükəsizliyi bizim üçün həyati vacibdir”, - deyə Britaniyanın baş naziri Kir Starmer NATO sammitində bildirib.

Qeyd edək ki, bu raketlər 13 “Raven” hava hücumundan müdafiə sistemi ilə idarə olunacaq. Onlardan səkkizi artıq Kiyevə çatdırılıb, beşi isə yoldadır.

Xatirə SADİQ