"Tramp unudur ki, Rusiya özünə hörmət edir" - Putindən sanksiyalara sərt REAKSİYA
Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti ilə nəzərdə tutulan Budapeşt görüşünün ləğvinə münasibət bildirib.
SAVASHMEDİA.az-ın xəbərinə görə, Rusiya lideri Budapeşt sammitinə hazırlıqsız yanaşmanın səhv olduğunu deyib.
"Bu görüşün təşəbbüskar ABŞ idi. Görüşün təxirə salınmasından sonra isə ABŞ-nin yeni sanksiyaları anlaşılmazdır. Bu sanksiyalar Rusiyanın iqtisadi rifahına ciddi təsir etməyəcək. Bu, Rusiyaya təzyiq cəhdidir. Amma onlar unutmasınlar ki, özünə hörmət edən ölkə heç vaxt təzyiq altında nəsə etməz”.
Putin bəyan edib ki, Rusiyanın qlobal enerji balansına töhfəsi əhəmiyyətli olaraq qalır: “Rusiya və Səudiyyə Ərəbistanı daha çox neft və neft məhsulları satır, ABŞ isə daha çox istehlak edir”.
Putin həmçinin vurğulayıb ki, Moskva həmişə Vaşinqtonla dialoqun davam etdirilməsini dəstəkləyib, lakin Donald Trampın yeni sanksiyalarla bağlı qərarı Rusiya-ABŞ münasibətlərini zəiflədən qeyri-dost hərəkətdir.
Oğuz