"Çox adam zərər görəcək, Epşteyn sağ olanda..." Tramp yayılan sənədlərdən DANIŞDI
“Ceffri Epşteyn seçkilərdə məğlub olmağım üçün demokratlarla birgə çalışıb, onlara kömək edib”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
ABŞ lideri “Epşteyn faylları”nı ictimaiyyətə açıqlayan Ədliyyə Nazirliyini ittiham edib:
“Üç milyon səhifəlik dosye yayıblar. Buna nə gərək var idi? Bu məsələdə təkcə Bil Qeyts və Bil Klinton zərər görməyəcək. “Epşteyn işi” ilə bağlı haqqında suallar yaranan çox sayda insan var. Epşteyn yaşayan vaxt bu məsələ ilə heç kim maraqlanmırdı, heç kim ona ciddi yanaşmırdı. İndi nə olub? Mənim isə Epşteynlə heç bir əlaqəm olmayıb”.
Qeyd edək ki, Ceffri Epşteynlə çox sayda şəkillərinin yayılmasına baxmayaraq, Donald Tramp onunla əlaqəsini dəfələrlə inkar edib.
Banu