“Biz Moskva ilə hərbi ittifaq yaratmırıq” – İran XİN başçısı
“Tehran və Moskva hərtərəfli strateji tərəfdaşlıq müqaviləsi imzalamaqla hərbi ittifaq yaratmaq niyyətində deyil”.
SAVASHMEDİA.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
“Müqavilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı ehtiva edir, lakin hərbi ittifaq yaratmaq məqsədi güdmür", - deyə iranlı nazir vurğulayıb.
Əraqçi vurğulayıb ki, bu saziş üçüncü ölkələrə qarşı yönəlməyib və heç bir şəkildə tərəflərin digər dövlətlərlə əməkdaşlığını məhdudlaşdırmır.
Xatirə SADİQ