"Məni öldürməli olacaqlar, başqa cür alınmayacaq" - Serbiya prezidenti

"Serbiyada etiraz edən tələbələr və müxalifət tərəfdarları martın 15-də bir sıra dövlət strukturunu ələ keçirməyə cəhd edəcəklər".

Mar 11, 2025 - 02:44
Mar 11, 2025 - 02:45
"Məni öldürməli olacaqlar, başqa cür alınmayacaq" - Serbiya prezidenti

"Tanyuq" agentliyinin xəbərinə görə, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.

"Dövlət strukturlarının ələ keçirilməsindən sonra əsas tələb, onların planlaşdırdıqları kimi, hansısa keçid hökumətinin yaradılması olacaq. Onlar prezidenti devirə bilməzlər, çünki bilirlər ki, bu, ordu ilə qarşıdurmaya səbəb olacaq. Nə qədər ki, sağam heç bir keçid hökuməti ilə razılaşmayacağam, məni öldürməli olacaqlar, başqa cür alınmayacaq", - deyə o vurğulayıb.