Tramp güzəştə getdi, belə sülh olmur - Almaniyanın müdafiə naziri
“Tramp müdafiə naziri Pit Heqsetin təklif etdiyi kimi, avropalı müttəfiqlərin hər hansı gələcək sazişdə sülhməramlı rol oynamasını gözləyirsə, Avropa da danışıqlara daxil edilməlidir”.
SAVASHMEDİA.az “The Guardian”a istinadən xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistoriusun bəyanatında deyilir.
Ukraynanın NATO-ya üzvlüyünə və ya istənilən ərazi güzəştləri məsələsinə işarə edən Pistorius deyib: “ABŞ danışıqlara başlamazdan əvvəl Rusiyaya güzəştə getməsəydi, daha yaxşı olardı”.
O, həm də bildirib ki, əgər Putin sülh danışıqlarına ciddi yanaşırsa, bunu Ukraynaya hücumları dayandırmaqla göstərməlidir.
Almaniya müdafiə naziri qeyd edib ki, sürətli sülh sazişi Rusiyanın regiondakı siyasəti ilə bağlı bütün narahatlıqları mütləq şəkildə həll etməyəcək.
O, xəbərdarlıq edib ki, avropalılar sadəcə olaraq “oturub gözləyə bilməzlər”.
Pistorius sülh danışıqlarının bərpa olunmasına həddindən artıq sevincli reaksiya verməməyə çağırıb və bildirib ki, Putin Avropada təxribatı davam etdirir və təhlükə olaraq qalır.
Xatirə SADİQ