"Mən Co Baydenin əriyəm" - Bayden özünü yenə güldürdü
ABŞ Prezidenti Co Bayden, yaxın günlərdə 82 yaşını qeyd etdikdən sonra, yenidən bir çıxışında gülməli səhvə yol verib.
SAVASHMEDİA.az xəbər verir ki, Bayden özünü həyat yoldaşı Cill Baydenin əri kimi təqdim etmək əvəzinə, özünün əri olduğunu deyib: "Mən Co Baydenin əriyəm. Bu titul mənim üçün ən fəxrli olanıdır."
Bu, Baydenin ictimai çıxışlarında tez-tez baş verən çaşqınlıqlardan biri kimi ictimaiyyətdə geniş müzakirələrə səbəb olub.