"Zelenskinin sözü varsa, zəng etsin" - Putinin köməkçisi
Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenski ilə birbaşa danışıqlara hazıdır.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov açıqlama verib.
O bildirib ki, Moskva Ukrayna tərəfinin mesajlarının müxtəlif vasitəçilər üzərindən deyil, birbaşa çatdırılmasını daha məqsədəuyğun hesab edir.
Uşakovun sözlərinə görə, əgər Zelenskinin Rusiya rəhbərliyinə hər hansı mesajı və ya təklifi varsa, bunun birbaşa çatdırması daha səmərəli olar: “Əgər deməyə sözü varsa, zəng etsin. Digər yollarla ötürülən məlumatlar çox vaxt nəticə vermir”.
Eyni zamanda o qeyd edib ki, Kremlin bu gün keçirdiyi görüşlərdən birində Slovakiyanın Baş naziri Robert Fitso Putinlə Ukrayna ilə bağlı bəzi müzakirələr aparsa da, Zelenskidən xüsusi mesaj çatdırılmayıb.
Oğuz