“Mədəni ayrılaq” dedi, sonra hədələdi - Putin Paşinyandan nə istəyir?
Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi ilə bağlı maraqlı mesajlar verib.
SAVASHMEDİA.az xəbər verir ki, Putin bu mövzunu dəfələrlə Ermənistanın baş naziri Nikol Paşinyanla müzakirə etdiyini açıqlayıb.
O bildirib ki, Ermənistan bu məsələ ilə bağlı qərarını tez verməlidir. Putinin sözlərinə görə, referendum keçirmək İrəvanın daxili işidir, lakin xalqın mövqeyinin öyrənilməsi vacibdir.
“Əgər Ermənistan belə seçim edərsə, biz də buna uyğun olaraq nəticə çıxarıb münasibətlərimizi qarşılıqlı faydalı və mədəni şəkildə qurarıq”, - Rusiya lideri deyib.
Putin vurğulayıb ki, Moskva Ermənistan xalqı üçün faydalı olacaq addımlara qarşı çıxmayacaq. Bununla yanaşı, o, Ermənistanın Avrasiya İqtisadi İttifaqında əldə etdiyi iqtisadi üstünlükləri də xatırladıb.
Rusiya Prezidenti əlavə edib ki, Ukraynada yaşanan hadisələrin kökündə də vaxtilə Avropa İttifaqı ilə assosiasiya məsələsi dayanırdı.
Səlcuq