Rəsmən baş nazir olduğu gün prezidenti İSTEFAYA ÇAĞIRDI

Bu gün səlahiyyətlərinin icrasına başlayan Macarıstanın yeni Baş naziri Peter Madyar prezident Tamaş Şuyokun istefasını tələb edib.

May 9, 2026 - 20:37
Rəsmən baş nazir olduğu gün prezidenti İSTEFAYA ÇAĞIRDI

SAVASHMEDİA.az xəbər verir ki, Madyar parlamentin ilk iclasında çıxışı zamanı Şuyokun prezident postunda qalmağa haqqı olmadığını bildirib.

Baş nazirin sözlərinə görə, prezident son illərdə Viktor Orban hökumətinin qanun pozuntularını ört-basdır edib və hakimiyyətdən sui-istifadənin qarşısını ala bilməyib.

“Müasir və demokratik Macarıstanın yenilənməsinə mane olmamaq üçün Tamaş Şuyok mayın 31-dən gec olmayaraq istefa verməlidir”, - Madyar vurğulayıb.

oğuz