“Hazır olun, Azərbaycan” mesajının müəllifi DANIŞDI - Nə deməkdir?
ABŞ-nin aparıcı analitik mərkəzlərindən biri olan "Hudson Institute"nun baş elmi əməkdaşı Luk Koffi sosial şəbəkədə paylaşdığı qısa, lakin diqqətçəkən mesajla regional gündəmi silkələyib.
SAVASHMEDİA.az xəbər verir ki, analitik tvitində sadəcə iki söz yazıb: “Be prepared", yəni "Hazır ol, Azərbaycan”.
Bu ifadənin nə demək olduğu soruşulduqda isə L.Koffi yenə lakonik yazıb: “Events“. Yəni "Hadisələr”.
L.Koffinin illərdir Cənubi Qafqaz, İran və təhlükəsizlik arxitekturası üzrə təhlilləri ABŞ-də siyasi və ekspert mühitində populyardır.
Bu səbəbdən onun “hazır olun” mesajı təsadüfi yox, hesablanmış siyasi jest kimi dəyərləndirilir.
Aytən