Xameneinin yerini yəhudilərə o deyib? - Satqın doğrudanmı odur?
ABŞ və İsrailin 28 fevralda İrana qarşı başlatdıqları birgə hərbi əməliyyat İran elitasının bir çox nümayəndəsinin həyatına son qoydu.
Belə ki, İranın Ali Rəhbəri Seyid Əli Xamenei və ailə üzvləri (oğlu, gəlini, kürəkəni, qızı və 14 aylıq qız nəvəsi), SEPAH komandanı Məhəmməd Pəkpur, İran Ali Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Əli Şamxani, İranın müdafiə naziri Əziz Nəsirzadə, ali rəhbərin hərbi nümayəndəsi Əli Şirazi həyatını itirdi.
Bir çox ekspertlər və mütəxəssislər İran rəhbərliyinin xəyanət nəticəsində öldüyündə həmfikirdirlər. Onlar qeyd edirlər ki, ABŞ və İsrail Əli Xameneinin olduğu yerin koordinatlarını onun öz ətrafındakı satqınlar vasitəsilə əldə edib. Həmçinin ABŞ və İsrail rəhbərliyi İran rəsmilərinin görüşəcəyi yerin son anda ABŞ kəşfiyyatına ötürüldüyünü açıqlayıblar.
İranın hərbi və siyasi elitasının yerini İsrail və ABŞ kəşfiyyatına kim xəbər verib? İran rəhbərliyini İsrail və ABŞ-yə satan o iranlı (və ya iranlılar) kim(lər)dir?
SAVASHMEDİA.az xəbər verir ki, hücumu başlayandan bu günə qədər cərəyan edən hadisələr oxları İsmayıl Qaaniyə yönəldib.
İsmayıl Qaani kimdir?
İsmayıl Qaani 8 avqust 1957-ci ildə Məşhəddə anadan olub. O, Qasım Süleymani ilə İran-İraq müharibəsinin ön cəbhəsində tanış olub. Qaani həmin vaxt 5-ci Nəsr Briqadasına və 21-ci İmam Rza Zirehli Briqadasına rəhbərlik edib. 1980-ci ildən İslam İnqilabı Keşikçiləri Korpusunda xidmətə başlayıb. 1997-ci ildə Qüds Qüvvələrinin komandir müavini təyin edilib.
Fotoda: İsmayıl Qaani
1998-ci ildən 2020-ci ilə qədər Qüds Qüvvələrinin komandiri Qasim Süleymaninin (Q.Süleymani bu vəzifəyə 1998-ci ildə təyin olunub) müavini olub. 3 yanvar 2020-ci ildə general-mayor Qasim Süleymaninin ölümündən sonra Əli Xamenei İsmayıl Qaanini Qüds Qüvvələrinin komandanı təyin edib. 22 il Qasim Süleymani ilə birgə hərbi yol keçən (1998-2020) və 6 ildir Qüds Qüvvələrinə komandirlik edən İ.Qaani son günlərdə dünya mediasında adı ən çox çəkilən İran rəsmisindən biridir...
Şübhələr niyə İsmayıl Qaaniyə yönəlib?
ABŞ 2020-ci il yanvarın 3-də Qüds Qüvvələrinin komandiri Qasim Süleymanini sui-qəsdlə aradan götürdükdən sonra onun olduğu yerin koordinatlarını kəşfiyyat məlumatı nəticəsində əldə etdiyini açıqlamışdı. Həmin vaxt İsmayıl Qaani Qüds Qüvvələrinin komandirinin müavini idi və Q.Süleymaninin ölümündən sonra onun yerinə təyin olundu...
Fotoda: Qasim Süleymani və İsmayıl Qaani
İsrailin 27 sentyabr 2024-cü ildə Hizbullah lideri Həsən Nəsrullahı hava hücumu nəticəsində Beyrtutda öldürdüyü gün İsmayıl Qaani də Livanda olub. Nəsrullahın öldürüldüyü binanı hücumdan bir müddət əvvəl tərk edib. Nəsrullahın ölümündən sonra Fransanın “La Parisien” nəşri onun yerinin Mossada işləyən İran agenti tərəfindən ifşa edildiyini yazıb. İsrail də Nəsrullahın yerini kəşfiyyat məlumatı nəticəsində öyrəndiyini inkar etməyib.
2025-ci ildə 12 gün davam edən (13 iyun-24 iyun) İran-İsrail müharibəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Bagiri, İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Salami və SEPAH generalı Qulaməli Rəşid öldürülüb. Hətta nüvə alimləri Əbdülhəmid Manuçehr, Əhmədrza Zülfüqari, Seyid Əmirhüseyn Fiqhi, Mətləbizadə, Məhəmmədmehdi Tehranci və Feridun Abbasinin də öldürüldüyü müharibədə yüksək rütbəli zabit İsmayıl Qaani sağ qalıb.
Doğrudur, əvvəlcə İsmayıl Qaaninin də öldüyü ilə bağlı məlumat yayılıb. Lakin sonra ölüm xəbəri təkzib olunaraq Qaaninin hədəf belə alınmadığı bildirildi. İsrail həmin vaxt da koordinatları kəşfiyyat vasitəsilə əldə etdiyini bildirmişdi...
2026-cı il 28 fevralda İranın Ali Rəhbəri Əli Xameneinin keçirdiyi iclasda İsmayıl Qaani də olub. Lakin o, iclasdan tez ayrılıb və bundan sonra hücum gerçəkləşib...
Banu