Dünyadakı xaosun səbəbkarı Rusiyadır - Meloni

“Yaxın Şərqdəki partlayışa hazır vəziyyət və Kipr üzərində uçan dronlar ayrı-ayrı münaqişələr deyil, beynəlxalq hüququn məhv edilməsinin birbaşa nəticəsidir”.

Mar 3, 2026 - 11:16
Dünyadakı xaosun səbəbkarı Rusiyadır - Meloni

SAVASHMEDİA.az xəbər verir ki, bunu İtaliya Baş naziri Corciya Meloni deyib.

O qeyd edib ki, hər şey məhz Ukraynadan - BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmasına baxmayaraq, Rusiyanın qonşu dövlətin sərhədlərini kobud şəkildə pozması ilə başlayıb:

“Kremlin addımı bütün dünyaya qaydaların artıq işləmədiyi barədə açıq siqnal verdi”.

Meloni etiraf edib ki, müharibə artıq Avropaya gəlib çatıb və bu hadisələri uzaq hesab etmək təhlükəli illüziyadır. İtaliya liderinin fikrincə, İran rejimi nüvə potensialını artırdığı və müttəfiqlər pərakəndə şəkildə hərəkət etdiyi bir vaxtda qlobal təhlükəsizliyin təməli sarsılmaqda davam edir.

“İtaliya və Avropa üçün aydındır ki, Ukraynada dağıdılmış hüquq nizamı bərpa olunmadan xaos daha da genişlənəcək”, - Corciya Meloni əlavə edib.