Saakaşvili Xameneinin ölümünə sevincini gizlətmədi

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili İranda baş verən hadisələri şərh edərək öz vətəni üçün də bənzər ssenari arzuladığını bildirib.

Mar 3, 2026 - 10:58
Saakaşvili Xameneinin ölümünə sevincini gizlətmədi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Mixail Saakaşvili sosial şəbəkə hesabında paylaşım edib.

Mixail Saakaşvili İrandakı mövcud vəziyyəti alqışlayaraq bu mənzərənin Gürcüstanda da təkrarlanmasını istədiyini ifadə edib:

"Diktator öldürüldü, İran azaddır, xalq bayram edir. Tanrım, Tanrım, bu şirin səsini mənə doğma vətənimdə də eşitdir",- eks-prezident yazıb.

Hakim "Gürcü Arzusu" partiyasının üzvü Tsotne Ananidze isə Saakaşviliyə 2012-ci ilin parlament seçkilərini xatırladaraq cavab verib:

"Sən o şirin səsi artıq eşitmisən. 1 oktyabr 2012-ci ildə".

Xatırladaq ki, 1 oktyabr 2012-ci il tarixində keçirilən parlament seçkilərində Mixail Saakaşvilinin partiyası məğlub olub və ölkədə idarəçilik "Gürcü Arzusu" partiyasının nəzarətinə keçib.

Aytən