Özgür Özeldən İLK AÇIQLAMA - Atatürkü xatırlatdı
CHP sədri Özgür Özel məhkəmənin qərarından sonra ilk açıqlamasını verib.
SAVASHMEDİA.az xəbər verir ki, partiya sədri “X” hesabındakı paylaşımında mübarizə aparacaqlarını bildirib.
“Mən sizə iqtidara gül bağçasından keçərək getməyi vəd etmirəm. Mən sizə əzablara qatlaşmağı, amma təslim olmamağı vəd edirəm. Mən sizə şərəf, ləyaqət, cəsarət və mübarizə vəd edirəm” - Ö. Özel qeyd edib.
Özelin bu sözləri Mustafa Kamal Atatürkün 25 aprel 1915-ci ildə Çanakkale cəbhəsində (Conkbayırı) 57-ci Alaya verdiyi hərbi əmrə (Mən sizə hücumu yox, mən sizə ölməyi əmr edirəm) bənzədilib.
Xatırladaq ki, bu gün Ankara Məhkəməsi Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) 4-5 noyabr 2023-cü il tarixlərində keçirilmiş 38-ci qurultayının nəticələrini ləğv edib. Qərara əsasən, partiyanın sədri Özgür Özel vəzifəsindən kənarlaşdırılıb. CHP Mərkəzi İcraiyyə Komitəsinin fövqəladə iclası keçirilib. Özgür Özel partiya üzvlərini Baş Qərargaha çağırıb. İnzibati bina qarşısında izdiham yaşanıb. Ərazidə nəqliyyatın hərəkəti dayandırılıb.
Banu
Посмотреть эту публикацию в Instagram