Devrilmiş Özgür Özel tərəfdarlarını qərargaha ÇAĞIRDI - Ara qarışır
Xəbər verdiyimiz kimi, Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) 4-5 noyabr 2023-cü il tarixlərində keçirilmiş 38-ci qurultayının nəticələri ləğv edilib.
SAVASHMEDİA.az xəbər verir ki, qərara əsasən, partiyanın sədri Özgür Özel vəzifəsindən kənarlaşdırılıb.
Qərarın elanından sonra CHP Mərkəzi İcraiyyə Komitəsinin fövqəladə iclası keçirilib. Özgür Özel partiya üzvlərini Baş Qərargaha çağırıb.
Məlumata görə, binanın qarşısında böyük izdiham yaşanıb və ərazidə nəqliyyatın hərəkəti dayandırılıb. Partiya sədrinin sabah üçün planlaşdırılan İstanbul çıxışı ləğv edilib. Özgür Özelin partiya üzvlərinə müraciət etməsi gözlənilir
Banu