Rusiya atəşkəs təklifi ilə niyə razılaşmadı? - Tramp Putinin bu 4 şərtinə "yox" deyib
Məlum olduğu kimi, Rusiya tərəfi ABŞ-nin təklif etdiyi 30 günlük atəşkəs təklifini isti qarşılamayıb.
Bununla bağlı açıqlama verən Rusiya prezidentinin köməkçisi Yuri Uşakov açıq şəkildə deyib ki, indiki halda atəşkəsə razılaşmaq Ukrayna ordusuna güclənmək üçün möhlət vermək anlamına gəlir.
Yaxın saatlarda isə Rusiya prezidenti Vladimir Putinin təklifdən rəsmən imtinanı səsləndirəcəyi gözlənilir.
Bu arada isə Rusiyanın ABŞ-yə atəşkəs üçün irəli sürdüyü deyilən şərtləri açıqlanıb.
SAVASHMEDİA.az-ən xəbərinə görə, Rusiya teleqarm kanallarında yayılan məlumatda Putinin atəşkəs üçün ABŞ-yə 4 şərt irəli sürüb.
Həmin şərtlərin aşağıdakılar olduğu güman edilir:
1) Ukrayna NATO-ya üzv olmayacaq.
2) Ukraynaya xarici qoşunlar yerləşdirilməyəcək.
3) Krım və 4 vilayət (Donetsk, Luqansk, Xerson, Zaporojye) beynəlxalq səviyyədə Rusiya ərazisi kimi tanınsın.
4) NATO şərqə doğru genişlənməyəcək.
ABŞ-nin bu şərtləri qəbul etməyəcəyi təqdirdə isə Rusiya "xüsusi hərbi əməliyyatlara" davam edəcəyini bildirib.
Oğuz