Zelenskidən xalqa gecə müraciəti - "Şəxsən özüm gedəcəyəm və..."

Ukrayna prezidenti Vladimir Zelenski martın 10-da Kiyev və Vaşinqton arasında danışıqların keçiriləcəyi Səudiyyə Ərəbistanına gedəcəyini bildirib.

Mar 10, 2025 - 00:52
Mar 10, 2025 - 01:22
Zelenskidən xalqa gecə müraciəti - "Şəxsən özüm gedəcəyəm və..."

SAVASHMEDİA.az xəbər verir ki, Ukrayna prezidenti bunu xalqa gecə müraciətində deyib:

“Mən Səudiyyə Ərəbistanına səfər edəcək və danışıqlarda şəxsən iştirak edəcəyəm. Nəticələrə ümid edirik. Bu, həm də sülhə yanaşmaya və davamlı dəstəyə aiddir”.

Xatırladaq ki, ABŞ dövlət katibi Marko Rubio martın 10-12-də Ciddəyə (Səudiyyə Ərəbistanı) səfər edəcək və burada Ukrayna nümayəndə heyəti ilə görüşərək Ukraynada müharibəyə son qoyulmasını müzakirə edəcək.