Tramp prezident kimi görəcəyi ilk işi açıqladı
Yanvarın 20-də rəsmən vəzifəsinin icrasına başlayacaq ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın görəcəyi ilk iş məlum olub.
SAVASHMEDİA.az-ın xəbərinə görə, yanvarın 20-də rəsmən prezident səlahiyyətlərinin icrasına başlayacaq ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp vəzifəyə başlayan kimi görəcəyi ilk işi açıqlayıb.
Tramp respublikaçı senatorlarla keçirdiyi görüşdə bildirib ki, o, vəzifəyə başlayacağı gün sərhəd təhlükəsizliyi, səhiyyə və təhsil kimi sahələrdə ölkənin “prioritet” məsələlərinə dair 100-dən çox prezident fərmanı imzalamağı planlaşdırır.
O, ilk olaraq enerjinin təchizatı, sərhəd təhlükəsizliyi, deportasiya və digər ölkə prioritetləri ilə bağlı 100-dən çox sərəncam imzalayacaq.
ABŞ-ın respublikaçı senatoru Ceyms Lankford Tramp administrasiyasının ilk növbədə ölkəyə daxil olan, cinayət törətmiş və ya məhkəmələr tərəfindən ABŞ-də yaşaması qeyri-münasib hesab edilən 1 milyona yaxın mühacirə qarşı tədbir görəcəyini bildirib.
Oğuz