“Qalatasaray”dan Ali Koçun qara bazar ittihamına cavab - "Özünü nə hesab edirsən?"
“Qalatasaray” “Fənərbağça” prezidenti Ali Koçun “Qalatasaray”ın qara bazara bilet satması ilə bağlı iddialarına çox sərt cavab verib.
SAVASHMEDİA.az-ın xəbərinə görə, sarı-qırmızılı klubun “dediklərinizi ibtidai sinif uşaqlarına danışsan, inanmazlar” sözlərinin də yer aldığı açıqlamasında Ali Koçun ünvanına sərt ittihamlar yer alıb:
"Bu ölkənin məhkəmə sistemini tənqid etməyə cəsarəti haradan alırsınız? Sahib olduğunuz güclə dövlət qurumlarını istədiyiniz kimi mühakimə edə biləcəyinizi düşünürsünüz? Siz kim olduğunuzu düşünürsünüz?"
"Qalatasaray"ın mövzu ilə bağlı açıqlamasında daha sonra deyilir:
"Son aylarda klubumuza yönələn əsassız fərziyyələrlə bağlı prezidentimiz Dursun Aydın Özbək məhkəməyə müraciət edib. Ərizədə məsələnin araşdırılması və varsa, günahkarların cəzalandırılması xahiş edilib. Bununla bağlı hərtərəfli araşdırma aparılıb və tamamilə dedi-qodudan ibarət olan bu iddialar təsdiqini tapmayıb.
Klubumuz məsələ məhkəmə orqanlarında olduğu üçün məsələ ilə bağlı edilən rişxənd və böhtanlara qarşı həssas davranmağı, cavab verməməyi üstün tutub. Prosesdə göstərdiyimiz həssaslığa baxmayaraq, bu gün görürük ki, meydanda qalib gələ bilməyən rəqib klubun prezidenti və köməkçi rollardakı dostları tərəfindən yeni oyun səhnələşdirilməyə başlayıb. Dosyedən şahid ifadəsi alan bu şəxs və dostları mətbuat konfransında həyasızcasına bu cəfəngiyyatları dilə gətiriblər.
Sözügedən ifadə 2023-cü ildə işdən çıxarılan keçmiş GSTV diktoruna məxsusdur və onun hansı motivlə yalan danışdığını təxmin edirik".
Açıqlamada 56 milyon avro ittihamına da cavab verilib:
"Ağır olan odur ki, illərdir bir holdinqi necə idarə etdiyini anlamayan, mühasibatlıqdan xəbəri olmayan rəqib klub prezidenti canlı yayımda 56 milyon avroluq məbləğdən danışır. Bu adamın və dostlarının “qara bazar bileti satdılar, bununla transfer etdilər, bizi bununla döyürlər” kimi hekayələrinə kim inanar? Bunu ibtidai sinif uşaqlarına desən, inanmazlar".
Oğuz