Türkiyə millisi 2-ci oldu

Basketbol üzrə Avropa çempionatının final oyununda Almaniya millisi Türkiyə komandasına 88:83 hesabı ilə qalib gələrək 1993-cü ildən bəri ilk dəfə turnirin qalibi olub.

Sep 15, 2025 - 00:47
Türkiyə millisi 2-ci oldu

SAVASHMEDİA.az xəbər verir ki, matç Riqada keçirilib.

Üçüncü yer uğrunda görüşdə Yunanıstan komandası Finlandiya komandasına 92:89 hesabı ilə qalib gəlib.

Türkiyə yığması ikinci dəfə Avropa çempionatının gümüş mükafatçısı olub. 2001-ci ildə komanda ev turnirində eyni nəticəni qazanmışdı.

Avropa çempionatına Kipr, Finlandiya, Polşa və Latviya ev sahibliyi edib. 2007-ci ildə turnirin qalibi olan Rusiya komandası 2022-ci ildən beynəlxalq yarışlardan kənarlaşdırılıb.SSRİ komandası 14 dəfə Avropa çempionu olub.