Gürcüstan prezidenti xalqı meydana çağırdı - "Nəticələri tanımırıq, sabah saat 19:00-da..."
Gürcüstan prezidenti Salome Zurabişvili ölkə vətəndaşlarını bazar ertəsi Tbilisidə parlament binası qarşısında seçkilərin nəticələrinə etiraz etməyə çağırıb.
SAVASHMEDİA.az xəbər verir ki, Zurabişvili çağırışında bunları deyib:
“Mən sizin hamınızı sabah saat 19:00-da Rustaveli prospektinə dəvət edirəm. Biz birlikdə dünyaya və özümüzə bu seçkiləri tanımadığımızı elan edəcəyik”.
Zurabişvili həmçinin seçkilərin nəticələrini tanımadığını bildirib və hazırkı hakimiyyəti qeyri-legitim adlandırıb.
Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. Bu, ölkədə elektron seçki qutularından istifadə edilən ilk seçki idi. Məntəqələrin 99,64 faizinin səslərinin hesablanmasına əsasən, “Gürcü arzusu” 54,08 faiz səs toplayıb. Dörd müxalifət partiyası beş faizlik baryeri keçib - Dəyişiklik Koalisiyası 10,92 faiz, Birlik - Milli Hərəkat Partiyası 10,12 faiz, Güclü Gürcüstan 8,78 faiz, Qaxariya Gürcüstan Naminə partiyası 7,76 faiz.
Müxalifət partiyalarının hamısı seçkinin nəticələrini tanımaqdan imtina ediblər.
Oğuz