CHP-li deputatla AKP-yə yaxın jurnalist arasında 18+ dava - "Arvadın məmnun qalmışdı"
Türkiyənin Ədalət və İnkişaf Partiyasına (AKP) yaxınlığı ilə seçilən jurnalist Zihni Çakırla Cümhuriyyət Xalq Partiyasının (CHP) Türkiyə Böyük Millət Məclisindəki (TBMM) qrup sədr müavini Ali Mahir Başarır arasında gərginlik yaşanıb.
SAVASHMEDİA.az xəbər verir ki, buna səbəb Zihni Çakırın öz sosial media hesabında Ali Mahir Başarırı beldən aşağı təhqir etməsidir.
“Olacağı bu idi. ADAM(!) axırda ən PASSİV mübarizənin ən MAHİR nəfərinə çevrildi” – Zihni Çakır yazıb.
Ali Mahir Başarır isə jurnalistə onun öz tərzində reaksiya verib:
“Hörmətli həyat yoldaşınıza başa salmışdım, çox da məmnun idi”.
Z.Çakır daha sonra yenə öz tərzində təhqirinə və təhdidinə davam edib:
“Ali Mahir Başarır, yaran var ki inciyirsən. Buna görə də dözə bilməyib millət vəkili zirehinin altında mırıldayırsan. O zirehi itirəndən sonra sənə nəyi necə başa salacağımı Allah bilir. İndi isə hoppana-hoppana get, o zirehə güvənərək ödəyəcəyin hesab-fakturanı yığ saxla”.
Qeyd edək ki, jurnalist və yazar Zihni Çakır 2023-cü ildə AKP-nin Qaziantepdən millət vəkili namizədliyinə namizəd olub.
Banu