"İranı tərk edin, sizi ölkədən buraxmasalar..." - ABŞ-dən vətəndaşlarına çağırış
ABŞ Dövlət Departamenti İranda olan Amerika vətəndaşlarına müraciət edərək ölkəni mümkün qədər tez tərk etməyi tövsiyə edib.
Rəsmi açıqlamada bildirilib ki, vətəndaşlar vəziyyəti yaxından izləməli, yerli medianı diqqətdə saxlamalı və uçuşlarla bağlı ən son məlumatları birbaşa kommersiya aviaşirkətlərindən dəqiqləşdirməlidirlər.
Qeyd olunub ki, İrandan çıxış üçün alternativ marşrutlar da mövcuddur. Belə ki, ABŞ vətəndaşları quru sərhədlər vasitəsilə Ermənistan, Azərbaycan, Türkiyə və Türkmənistana keçə bilərlər.
Eyni zamanda onlara Əfqanıstan, İraq, eləcə də Pakistanla İranın sərhəd bölgələrinə səfər etməmək barədə ciddi xəbərdarlıq edilib.
Açıqlamada diqqətə çatdırılıb ki, İran hakimiyyəti bəzi hallarda ABŞ vətəndaşlarının ölkədən çıxışını məhdudlaşdıra və ya əlavə rüsumlar tələb edə bilər. Bundan başqa, ikili vətəndaşlığı olan şəxslərin İranı yalnız İran pasportu ilə tərk etməli olduqları xüsusi vurğulanıb.
Oğuz
SAVASHMEDİA.az