Vaşinqton və Pekin təmsilçiləri Cenevrədə bir araya gələcək
ABŞ və Çin nümayəndələri bu həftə Cenevrədə ticarət danışıqlarına başlayacaqlar.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Financial Times” yazıb.
Nəşr qeyd edib ki, ABŞ prezidenti Donald Trampın Çinə qarşı ticarət müharibəsinə başlamasından sonra bu iki ölkə arasında ilk ticarət danışıqları olacaq.
ABŞ tərəfini maliyyə naziri Skott Bessent və ABŞ-nin ticarət nümayəndəsi Ceymison Qrir təmsil edəcəklər.
Pekin xəbər verib ki, onların nümayəndə heyətinə ölkə iqtisadiyyatını kurasiya edən baş nazirin müavini He Lifeng başçılıq edəcək.
Bessent bildirib ki, iki komanda şənbə və bazar günləri qarşılaşacaq.
Nazirin sözlərinə görə, tərəflərin “ortaq maraqları” var. Lakin o, xəbərdarlıq edib ki, müzakirələr daha geniş ticarət sazişi üzrə danışıqlardan daha çox gərginliyi azaltmaq cəhdi olacaq.
Xatirə SADİQ