“Rabitəbank”dan müştərilərini narazı salan daha bir addım 

“Rabitəbank” müştərilərini narazı salan daha bir addım atıb.  

May 7, 2025 - 14:04
“Rabitəbank”dan müştərilərini narazı salan daha bir addım 

SAVASHMEDİA.az xəbər verir ki, bank keşbek faizlərini kəskin endirib. Belə ki, bank kredit-taksit kartları üzrə yanacaq doldurma üzrə keşbeki 10%-dən 5%-ə, marketlər və restoranlar üzrə 5%-dən 3%-ə endirib. 

Debet kartlar üzrə keşbeklər isə daha aşağı endirilib. Bu kartlar üzrə yanacaq doldurma üzrə keşbek 3%-dən 2%-ə, marketlər üzrə 2%-dən 1,5%-ə, digər ödənişlər üzrə isə 1,5%-dən 1%-ə endirib. 

Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101,3 milyon manatdır. Bankın səhmlərinin 40,6%-I Əliyev Rauf Zeynal oğluna, 20,13%-i Abbasova Validə Maarif qızına,  14,45%-i bankın Müşahidə Şurasının sədri Nuriyev Zakir Əlibaba oğluna, 14,51%-i Nuriyev Seyran Əlibaba oğluna, 9,11%-i isə Nuriyeva Dilarə Nəsrəddin qızına aiddir.