Tramp məzuniyyətini ləğv etdi - Ukraynaya görə
ABŞ prezidenti Donald Tramp Ukrayna ilə bağlı intensivləşdirilmiş danışıqlara şəxsən nəzarət etmək istədiyi üçün məzuniyyətə getməkdən imtina edib.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolin Levitt bildirib.
"Adətən ABŞ prezidenti bu vaxtlar tətilə çıxırdı, lakin bu dəfə o, bunu təxirə salıb. O, tapşırığı yerinə yetirən adamdır. O, hərəkətə keçmək istəyir. O, tez nəticə əldə etmək istəyir", - Leavitt əlavə edib.
Xatırladaq ki, ABŞ prezidentləri adətən Konqres tətilə çıxanda, avqust ayında məzuniyyətə çıxırlar.
Oğuz