“Atəşkəsə mane olan Putindir” - Trampın xüsusi elçisi

ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Kit Kelloq Putini Ukraynada atəşkəs üçün maneə adlandırıb.

May 7, 2025 - 13:41
“Atəşkəsə mane olan Putindir” - Trampın xüsusi elçisi

SAVASHMEDİA.az xəbər verir ki, Kelloq bu iddiasını Fox News telekanalına müsahibəsində səsləndirib. 

O, xatırladıb ki, Ukrayna 30 günlük hərtərəfli atəşkəslə razılaşıb.

“Düşünürəm ki, hazırda sülh danışıqlarında irəliləyişimizə mane olan, atəşkəslə razılaşmayan Rusiya prezidentidir”, - deyə Kelloq diqqətə çatdırıb.

Xatirə SADİQ