Boris Pistorius məyusluğunu gizlətmədi - “İrəli baxmaq istərdim”
Almaniyanın müdafiə naziri Boris Pistorius yeni kanslerin seçilməsi üçün səsvermənin ikinci tura qalmasını tənqid edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Tagesschau” nəşri yazıb.
Məlum olduğu kimi, mayın 6-da Bundestaq ikinci cəhddə Fridrix Mertsin kansler təyin edilməsinə razılıq verib. Daha sonra o, Almaniya prezidentinin iqamətgahında and içib.
Birinci səsvermə zamanı Mertsin kansler olması üçün cəmi altı səs çatmayıb. “Bu, artıq və lazımsız idi. Bunu bizə sırımaya bilərdilər”, - deyə Pistorius vurğulayıb.
İkinci turun nəticələrinin birmənalı olduğunu qeyd edən müdafiə naziri bu misli görünməmiş hadisəyə görə məsuliyyət daşıyanların axtarılması ilə bağlı xəbərdarlıq da edib.
“İndi səbəblər barədə spekulyasiyaların mənası yoxdur. Mən irəli baxmaq istərdim”, - deyə Pistorius əlavə edib.
Bundestaqın seçkilərin birinci turunda Mertsin kifayət qədər səs toplamaması “Almaniya üçün Alternativ” partiyasını. İfrat sağçıların parlament qrupunun lideri Alisa Vaydel bu hadisəni “yaxşı gün” kimi qiymətləndirmişdi.
Xatirə SADİQ