İmamoğlu məhkəmə zalında alqışlarla qarşılandı - Hakim sakitləşdirə bilmədi + VİDEO

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılan və həbs edilən Əkrəm İmamoğlunun “saxta diplom” ittihamı üzrə məhkəməsi başlayıb.

Sep 12, 2025 - 14:48
İmamoğlu məhkəmə zalında alqışlarla qarşılandı - Hakim sakitləşdirə bilmədi + VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, İmamoğlu məhkəmə zalına alqışlar və “prezident İmamoğlu” sədaları altında daxil olub. 

Məhkəmədə CHP-sədri Özgür Özəl, İmamoğlunun xanımı Dilek Kaya İmamoğlu, oğlu Mehmet Selim İmamoğlu, tələbə yoldaşları iştirak edib. 

Hakim İmamoğludan təhsilinin nə olduğunu, həbsdə olub-olmadığını və aylıq qazancını soruşub. İmamoğlu “magistr” olduğunu, heç vaxt həbsdə olmadığını və aylıq 220 min tl qazandığını bildirib. İmamoğlunun cavabları salonda alqışlarla qarşılanıb. 

Hakim zaldakıların alqışı kəsmələrini tələb edib. İmamoğlunun son dərəcə arıqlması diqqətdən yayınmayıb.
Daha sonra prokuror ittihamnaməni oxuyub. İttihamnamədə İmamoğlunun “rəsmi sənədləri təkrar saxtalaşdırmaq” ittihamı ilə 8 il 9 aya qədər həbsi tələb olunur.

Banu