Əli Əsədovla bağlı suala "no comment" dedi -"Evdən işləməyini" o faş etmişdi + VİDEO
Sahib olduğu iddia edilən biznes obyektləri ilə gündəmə gələn Baş nazir Əli Əsədovla bağlı müzakirələr davam edir.
Bu arada isə yaxın zamanda vəzifəsindən azad ediləcəyi deyilən Ə.Əsədovun 2020-ci ildə keçmiş xarici işlər naziri Elmar Məmmədyarov barəsində məruzəsi yenidən müzakirə obyektinə çevrilib.
Xatırladaq ki, məhz baş nazirin məruzəsindən sonra Elmar Məmmədyarovun “evdən işlədiyi” məlum olmuş və o, hədəfə çevrilmişdi. İndi isə Baş nazirin özü tənqid hədəfinə çevrilib.
SAVASHMEDİA.az xəbər verir ki, pravda.az Elmar Məmmədyarovun fikirlərini öyrənməyə çalışıb.
Sabiq xarici işlər naziri Baş nazir barədə yazılanlarla bağlı suala gülərək belə cavab verib: ““Euronews”da yazırlar ha, “no comment”, bax elə yazın. Yazın ki, Elmar müəllimə sual verdik, o da “Euronews” kimi dedi ki, “no comment...””