Münhen konfransının sədri ağladı – vida mərasimində

Münhen Təhlükəsizlik Konfransının sədri Kristof Hoysgen tədbirin rəhbərliyində üç illik fəaliyyətini başa vurub. 

Feb 17, 2025 - 15:58
Münhen konfransının sədri ağladı – vida mərasimində

SAVASHMEDİA.az “t-online”a istinadən xəbər verir ki, təntənəli vida mərasimində çıxış edərkən Kristov Hoysgen qəhərlənib. 

“Müsaidənizlə, davam edim və bu, çətin olacaq”, - deyən konfransın sədri ağlayıb. 

Onun xələfi NATO-nun keçmiş baş katibi Yens Stoltenberq bildirib ki, Hoysgen təhlükəsizlik siyasəti üzrə dünyanın ən mühüm toplantısını daha güclü, daha geniş və daha yaxşı edib.

Qeyd edək ki, Stoltenberqin konfransa rəhbərliyi dərhal öz üzərinə götürdüyü məlumdur, lakin o, Norveçin keçid hökumətində maliyyə naziri təyin edildiyi üşün bu işi 6 ay müddətinə dayandıracaq. Bununla belə, Stoltenberq 2026-cı ilin fevralında keçiriləcək növbəti təhlükəsizlik konfransına sədrlik edəcək.

Xatirə SADİQ